Vaksinasiya prosesi illərlə davam edə bilər – Bədbin proqnozbackend
Dünya
305

Vaksinasiya prosesi illərlə davam edə bilər – Bədbin proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünyada COVID-19-a qarşı vaksinasiya prosesinin nə zaman bitəcəyi açıqlanıb.
Sfera.az xəbər verir ki, dünya ilə bağlı ümumi statistikalar yayan “Our World in Data” saytının məlumatına görə, indiyə qədər 138 ölkədə təxminən 565 milyon dozada vaksin tətbiq edilib. 30 mart tarixində 24 saat ərzində 13,9 milyon peyvənd vurulub.
Məlumata görə, bu rəqəmlər yüksək görünsə də, 7,8 milyarda yaxın dünya nüfuzunun sadəcə 7,2 faizini təşkil edir. Əgər proses bu sürətlə davam edərsə, ümumiyyətlə dünyada vaksinasiya müddəti 3 ildən çox çəkə bilər.
Digər təxminlərə görə isə, inkişaf etmiş ölkələrdə orta yaşlı şəxslərin peyvəndlənməsi 2022-ci ilin ortalarına qədər davam edəcək. Orta gəlirli ölkələrdə bu müddət 2022-nin sonlarına, hətta 2023-ün əvvəllərinə, kasıb ölkələrdə isə 2024-cü ilə kimi uzana bilər.