Vaksinasiyaya görə lider olan ölkələrin adları açıqlandıbackend
Dünya
387

Vaksinasiyaya görə lider olan ölkələrin adları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Seyşel Adaları Respublikası və Bəhreyn əhalisini yeni koronavirus infeksiyasına qarşı peyvəndləyən ölkələr sırasında liderdirlər.

APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qiymətləndirməni “Bloomberg” agentliyi həyata keçirib.

Agentliyin rəsmi məlumatlara və bəyanatlara əsaslanaraq həyata keçirdiyi hesablamalara görə, 4 iyula qədər BƏƏ-də 15,5 milyon peyvənd vurulub. Bu, ölkə əhalisinin (təqribən 10 milyon nəfər) 72,3 %-ni infeksiyadan qorumaq üçün kifayət edir.

Seyşel adalarında təqribən 138 min vaksin vurulub və bunun əhalinin 71,7 %-ni əhatə etdiyi güman edilir. Təqribən 1,5 milyon əhaliyə sahib Bəhreyndə isə 2,7 milyon peyvənd vurulub. Bu isə əhalinin 69,7%-ni virusdan mühafizə etməyə kifayət edir.

Cari hesablamalar aparılarkən peyvəndin birinci və ikinci dozasının vurulması üçün tələb olunan preparatlar nəzərə alınıb.

“Bloomberg”in məlumatına əsasən, ümumilikdə 180 ölkədə 3,19 milyard peyvənd tətbiq edilib. Hesablamalara görə, bu, dünya əhalisinin təqribən 20,8% faizini əhatə edir. Yüksək gəlirli ölkələrdə peyvəndlənmənin 30 dəfə daha sürətli həyata keçirildiyi bildirilir.