Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır.
APress.az ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda qeyd olunub.
Bildirilib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcəkdir.
Bundan başqa, xarici ölkələrin peyvənd və immunitet sertifikatlarının Azərbaycanda tanınması məsələsinə də aydınlıq gətirilib. Belə ki, beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir.