Vaksinin ikinci dozası fərqli növdən ola bilərmi? – AÇIQLAMAbackend
Cəmiyyət
306

Vaksinin ikinci dozası fərqli növdən ola bilərmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi bu gün respublikada “Vaxzevria” vaksinin tətbiqinə başlanılıb.
Bu vaxta qədər isə vətəndaşlara Çinin “Sinovac” vaksini tətbiq edilib. Peyvəndin birinci dozası ilə ikinci doza arasında 28 gün olduğunu nəzərə alsaq, ortaya belə sual çıxır:
“Bir doza “Sinovac” vurduran vətəndaş ikinci doza olaraq başqa vaksindən istifadə edə bilər?”
Məsələ ilə bağlı Sfera.az-a danışan professor Adil Qeybulla iki dozanın eyniliyinin vacib olduğunu bildirib:
“Vaksinasiyanın bir hədəfi bədəndə əks cisimlərin yaranması, immun sisteminin formalaşmasıdır. Bu, aktiv immunizasiyadır. Lakin yaxşı olardı ki, birinci olaraq hansı vaksin vurulursa, sonradan da eyni vaksin tətbiq olunsun. Çünki vaksinin birinci dozası adətən test əhəmiyyəti daşıyır, az miqdarda olur və vurulduqdan müəyyən müddət sonra əks təsir yaranmasa, iki doza vurulur.
Vətəndaş birinci mərhələdə “Sinovac” vaksini vurdurubsa, ikinci doza kimi Astrazeneca vaksini vurdurmasın. Qısa müddət ərzində ikinci doza kimi fərqli vaksinin vurulması yaxşı nəticə verməyə bilər”.
Qeyd edək ki, ölkədə birinci mərhələ üzrə vaksin vurduranların sayı 975 min 208, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 541 min 715 nəfərdir. Hazırda Azərbaycanda “Sinovac” və “Astrazeneca” vaksini tətbiq edilsə də, ötən gün paytaxta 40 min doza “Sputnik V” vaksini də gətirilib.