İstanbul Ədalət sarayında vəkilin ətəkaltı görüntüsünü çəkən katiblə bağlı qərar verilib.
APress.az Milli.Az-a istinadla bildirir ki, ötən ilin dekabr ayında baş verən olayla bağlı məhkəmə qərarı elan edilib. Qərara əsasən qadının ətəkaltı görüntüsünü çəkən S.M.S. həbs edilib. O, 2 il 6 ay müddətinə azadlıqdan məhrumolma ilə cəzalandırılıb.
Hakim qarşısında ifadə verən kişi peşman olduğunu dilə gətirib.