Vətən müharibəsi qazisi vəzifəyə təyin edildibackend
Cəmiyyət
309

Vətən müharibəsi qazisi vəzifəyə təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yardımlı rayonunda Vətən müharibəsinin 23 yaşlı iştirakçısı Abbas Bünyadlıya vəzifə verilib.

APress.az xəbər verir ki, bu barədə Yardımlı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əli İskəndərov feysbukda bildirib.

Onun sözlərinə görə, rayonun Ostayır kənd sakini A.Bünyadlı icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, A.Bünyadlı Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) bitirib.

O, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa, Laçın uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Ali Baş Komandan tərəfindən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.