Vidadi İsayevin varis planı: Leyla Məmmədova kimdir? – İddialarbackend
Cəmiyyət
433

Vidadi İsayevin varis planı: Leyla Məmmədova kimdir? – İddialar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdənin icra başçısı Vidadi İsayev rayonda ömürlük hakimiyyətini təmin etmək üçün “B” planını işə saldığı haqda məlumatlar dolaşır.
Rayonu idarə etdiyi dövrdə mütləq-hakimlik və az qala monarxiya rejimi quran V.İsayev indi özündən sonrakı dönəmi planlaşdırır.

İcra başçısı baş sındırır ki, necə etsin Bərdədə öz varlığını daimi sürdürsün. Çünki onun vəzifədən gedişi və sərəncamının verilməsi hər an mümkündür.
İlk növbədə Bərdədə İH rəhbəri postunda uzun müddətdir fəaliyyət göstərir, digər tərəfdən yerli idarəetmədə dəyişikliklər davam edir, üstəgəl, ondan narazılıq və ittihamlar xirtdəyə qədərdir.
Bu sadalanan faktorları yaxşı bilən V.İsayev, hər nə yolla olursa-olsun Bərdədə “Putin-Medvedev” variantının kiçik modelini qurmağa hazırlaşır.
Rayon belə xəbərlər gəzir ki, V.İsayev varis planında 10 saylı yerli uşaq bağçasının müdiri Leyla Məmmədova üzərində dayanıb.
Belə ki, çox yaxşı münasibətlərə malik olduğu L.Məmmədovanı özündən sonra Bərdənin icra başçısı postunda görür.
Hətta bunun üçün müəyyən danışıqlar aparıldığı, siyasi kulislərdə qeyri-rəsmi ayaqüstü müzakirələr olduğu iddiaları da səslənir.
V.İsayev hesab edir ki, onun idarəçilik qabiliyyəti Bərdənin hakimi olmağa çatır. Çünki rayonda uşaq bağçaları ilə bağlı siyasəti L.Məmmədovanın əli ilə həyata keçirir.

Vidadi İsayevin varis planı:

Söhbət uşaq bağçalarına direktorların təyinatı, tərbiyəçi və texniki işçilərin götürülməsi, ayrılan ərzaqların bölüşdürülməsi prosesində sözügedən xanımın baş rol oynamasından gedir.
Baxmayaraq ki, özü də 10 saylı yerli uşaq bağçasının rəhbəridir, lakin həmkarlarından fərqli olaraq, V.İsayevin yanında xüsusi imtiyazı və statusu olan müdirədir.

Mediada yayılmış iddialara görə, icra başçısı uşaq bağçalarına ayrılan ərzaq paylarını məhz L.Məmmədovanın əli ilə satdırırmış.
Bu səriştəsinə görə icra başçısının gözünə girən bağça müdirəsinin gələcəkdə icra baçısı postuna namizədliyi istisna edilmir.
Təbii ki, bu haqda nə Prezident Administrasiyasının xeyir-duası var, nə onun təqdimatı ölkə rəhbərliyinə təqdim olunub, sadəcə, V.İsayevin varis planında L.Məmmədovanın adı var.
KİV-də tirajlanmış məlumatlara görə, L.Məmmədova rayonda fəaliyyət göstərən bağçaları kurasiya edir. Onu bu “vəzifəyə” V. İsayev təyin edib.
Pandemiya ilə əlaqədar tədris müəssisələri və bağçalar aktiv fəaliyyət göstərməsələr də, külli miqdarda mənimsəmələrə yol verildiyi deyilir.
İddia edilir ki, Leyla Məmmədova bağçalarla yanaşı, eyni zamanda rayonda məktəb direktorlarının təyin edilmələrində belə rol oynayır.
Digər iddiaya görə isə Leyla Məmmədovanın yaxın zamanlarda rayonda yüksək vəzifəyə təyin ediləcəyi deyilir. (Reportyor.info)