Uyğunsuz görüntülərinə görə şantaj edilən 15 yaşlı qız iki il boyunca doqquz nəfər tərəfindən dəfələrlə təcavüzə uğrayıb.
“Haber Global”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Tekirdağ şəhərində qeydə alınıb.
Məlum olub ki, C.A. adlı qız O.M. adlı şəxs tərəfindən meşəlik ərazidə zorla cinsi münasibətdə olub və bu vaxtı onun videosu çəkilib. Sonra O.M. cib telefonu ilə çəkdiyi görüntüləri digər şübhəlilərə göndərib. Onlar həmin görüntülərlə qızı şantaj edərək cinsi münasibətə məcbur ediblər.
Sonda qız başına gələnləri anasına danışıb və onlar hüquq mühafizə orqanlarına müraciət ediblər.
Hadisə ilə əlaqədar istintaqa başlanılıb, şübhəlilər müəyyənləşib. Eyni vaxtda keçirilən əməliyyat əsnasında 17-37 yaşlarında 9 şübhəli saxlanılıb. Onlardan yeddisi həbs olunub, iki nəfər isə şərti azadlığa buraxılıb.