Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.
APress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Ucar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Səbuhi Arif oğlu tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə S.İsmayılov Yevlax Rayon Mühafizə Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.