2015-ci ildə xidməti otağında əməliyyat müvəkkilini döyən, ötən il yol verdiyi ciddi nöqsanlara görə xidmətdən xaric edilən polis bölməsi rəisi Rafael Allahverdiyev yenidən polis sistemində işə başlayıb.
APress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Rafael Albabayev bir neçə gün öncə daxili işlər orqanlarında xidmətə yenidən bərpa edilib. Hazırda R.Albabayev Yasamal Rayon Polis İdarəsində baş təhqiqatçı kimi xidmətə başlayıb.
Qeyd edək ki, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi olan Rafael Albabayev 2020-ci ildə xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə işdən çıxarılıb və təqaüdə göndərilib.