Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Əliyev Ziya Fəxrəddin oğlu vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Nizami Rayon Polis İdarəsinə rəis vəzifəsinə təyin edilib.
Hazırda Qusar RPŞ-də rəis vəzifəsini müvəqqəti olaraq, polis polkovnik-leytenantı Hidayət Babayev icra edir.//oxu.az