Aparıcı Vüsalə Əlizadəyə ağır itki üz verib.
Qaynarfinfo xəbər verir ki, aparıcının qardaşı, Dövlət Sərhəd Xidmətinin zabiti Əlihüseyn Əlizadə avtomobil qəzasında vəfat edib.
Dünən DSX-nin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant Əlihüseyn “Mercedes” markalı avtomobili ilə Astaradan Lənkərana gələn zaman qəzaya düşərək dünyasını dəyişib.
