On milyonlarla istifadəçini narazı salan yeni məxfilik siyasəti səbəbindən yaxın gələcəkdə “WhatsApp” messenceri “Apple App Store” kataloqundan silinə bilər.
APress.az APA-ya istinadən bildirir ki, istifadəçi məlumatlarının “Facebook”a ötürülməsini nəzərdə tutan “WhatsApp”ın yeni qaydası tətbiqlər mağazasının mövcud qaydalarına ziddir. Belə ki, mağaza qaydalarının 3.2.2 bəndi “Apple”a əlavə araşdırma aparmadan “WhatApp”ı “AppStore”dan çıxarmaq hüququnu verir.
Bənddə qeyd olunur ki, tətbiqlər istifadəçilərdən qiymət verməsini və onlara baxmasını, digər tətbiqlərini yükləməsini, reklamlara klikləməsini, izləməyə icazə verməsin