Xaçmazda parkda qadın döyüldü – FOTObackend
Cəmiyyət
231

Xaçmazda parkda qadın döyüldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 Xaçmazda döyülmə hadisəsi baş verib.
Hadisə Xaçmaz şəhərində yerləşən “Fəvvarələr parkı”nda qeydə alınıb.
Belə ki, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilova Esmira Xanlar qızı qeyri-rəsmi nikahda yaşadığı Qafur adlı şəxslə parkda mübahisə edib. Nəticədə E.Xəlilova həmin şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.
Daha sonra qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı cızılmış yarası, bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub.
Xəstəxanada E.Xəlilovaya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. // “Report”