Xaçmazda qadınla kişidən 96 min manatlıq oğurluqbackend
Cəmiyyət
272

Xaçmazda qadınla kişidən 96 min manatlıq oğurluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda evdə oğurluq hadisəsi olub.

Bu barədə APress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki evlərin birindən 25 000 manat, 300 ABŞ dolları, 70 000 manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat dəyərində saat və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Z.Beydullayev və M.Məmmədova saxlanılıblar.