Xalq artisti də Azərbaycanın “Eurovision”dakı nəticəsini tənqid etdibackend
Şou
345

Xalq artisti də Azərbaycanın “Eurovision”dakı nəticəsini tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Tünzalə Ağayeva “Eurovision 2021” mahnı müsabiqəsinin nəticələri ilə bağlı fikrini bölüşüb.

APress.az  axşam.az-a istinadən xəbər verir ki,  bu haqda müğənni sosial şəbəkədə yazıb. Rotterdamda keçirilən müsabiqədə 65 xalla 20-ci yeri tutan Samirə Əfəndinin düzgün komanda ilə işləmədiyini vurğulayan Ağayeva mahnı seçiminin yanlış olduğun vurğulayıb:

“Yəqin artıq vaxtı çatıb ki, biz qərarları özümüz verək, xaricilər yox. Bundan sonra mahnı, obraz, bir çox şeylərin seçimində söz üstünlüyü bizdə olmalıdır. Ümumiyyətlə, Azərbaycan təmsilçisinin başdan-ayağa hər şeyini, səhnəsini, səhnə geyimini, mahnı xarakterini, nə oxuyacağını özümüz seçməliyik. Mən başa düşürəm, dünya təcrübəsi, “Eurovision”un istiqaməti və sair… Amma yəqin ki, nəticə də bizə bir siqnal oldu. Biz bir az istiqaməti dəyişməliyik. Biz tükənməmişik, sabaha çox güclü, enerjili və hər zaman ümidliyik. Bütün ölkələrə hörmətlə yanaşaraq, özümüzün heç kimdən əskik olmayan, daha da üstün olan potensialımızı göstərək”.