Xalq artistinin qızına cinayət işi açıldıbackend
Cəmiyyət
465

Xalq artistinin qızına cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mərhum Xalq artisti Hüseynağa Sadıqovun qızı barəsində cinayət işi başlanılıb.

APress.az APA-ya istinadən xəbər verir ki, Xalq artistinin qızı Tamilla Sadıqova səhlənkarlıqda ittiham olunur.

T.Sadıqova qida hazırlayan və daşıyan şirkət sahibi olub. Həmin şirkət ötən il sentyabr ayının 12-də “Yüksəliş” İctimai Birliyinin (İB) keçirdiyi müsabiqənin növbəti mərhələsində iştirakçıları qida ilə təmin edib. Qida qəbulundan sonra isə texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhəti pisləşib, onların zəhərləndiyi məlum olub.

Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb.

Faktla bağlı araşdırma aparılıb.

T.Sadıqova barəsində Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) maddəsi ilə cinayət işi başlanılıb.

T.Sadıqova barəsində cinayət işinin istintaqı başa çatıb, iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Aygün Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 28-ə təyin edilib.

İş üzrə “Yüksəliş” İB və 70 zərərçəkən var.