Xarici şirkət əməkdaşı iş zamanı xəsarət aldıbackend
Cəmiyyət
352

Xarici şirkət əməkdaşı iş zamanı xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 20-də saat 09 radələrində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında frez operatoru vəzifəsində işləyən Aqil Məmmədovun xəsarət alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə APress.az-a Şəmkir Rayon Prokurorluğunundan məlumat verilib.

 

Araşdırmalarla müəyyən edilib ki, Aqil Məmmədov Bakı-Qazax avtomagistral yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində köhnə asfalt örtüyünün qaşıması işlərini apararkən ehtiyatsızlıqdan bədən xəsarəti alıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.