Xəstəxana yalan məlumat yayıb: “Məni gah öldürdülər, gah diriltdilər“backend
Şou
369

Xəstəxana yalan məlumat yayıb: “Məni gah öldürdülər, gah diriltdilər“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev səhhəti barədə danışıb.

APress.az xəbər verir ki, 81 yaşlı sənətçi  hələ də xəstəxanada olduğunu açıqlayıb.

O, bu haqda müğənni aparıcı Mətanət Əliverdiyevanın “6/8 axşam şousu”na telefonla zəng edərək deyib.

Müğənni xəstəxananın onunla bağlı yalan açıqlama yaydığını qeyd edib:

“Hələ də xəstəxanadayam. Evə buraxılmamışam. Yalandır. Məni gah öldürdülər, gah diriltdilər”.

Yenisabah.az