Xəstəxanada oksigen tükənməsi 7 nəfərin ölümünə səbəb olub.
APress.az Milli.Az-a istinadla xəbər verir ki, xəstəxanada oksigen ehtiyatının bitməsi nəticəsində tənəffüs aparatına qoşulan 7 Covid xəstəsi dünyasını dəyişib.
Hadisə İordaniyada, As-Salt şəhərində baş verib. Olay ölkədə qalmaqala səbəb olub, etiraz doğurub. Ölənlərin yaxınları və qohumları xəstəxananın həyətinə yığışaraq etiraz aksiyası keçiriblər.
Reuters-in məlumatına görə, bu hadisədən sonra Baş nazir Səhiyyə naziri Nathir Obeidatı vəzifəsindən azad edib.