Xəstəxanaya gedən qadın əslində kişi olduğunu öyrəndibackend
Dünya
192

Xəstəxanaya gedən qadın əslində kişi olduğunu öyrəndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində qəribə olay yaşanıb.

APress.az Milli.Az-a istinadla bildirir ki, ayağı qırıldığına görə xəstəxanaya müraciət edən qadın eşitdiklərindən şoka düşüb. Onun sümüklərində fərqlilik hiss edən həkimin təklifi ilə qadın tam müayinə olunub. İllərdir qadın kimi həyat tərzi sürən şəxsin əslində kişi olduğu anlaşılıb.

Belə ki, Çində yaşayan 25 yaşlı Pingping adlı qız qadın cinsiyyət orqanına sahib olsa da, yumurtalıqları və döl yatağı yox imiş və onda kişi xromosomları var.

İllərdir menstruasiya olmayan qadın bundan şübhələnməyib, hətta, ötən il ailə qurub. Həkimlər isə ona bildirib ki, heç vaxt uşaq dünyaya gətirə bilməyəcək, çünki daxili qadın cinsiyyət orqanına sahib deyil.