Xəyanət görüntüləri yayılan ərini müdafiə etdibackend
Şou
24

Xəyanət görüntüləri yayılan ərini müdafiə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur müğənnisi Kibariyenin həyat yoldaşı Ali Küçükbalçıkın otellərin birində qadınla əl-ələ gəzən görüntüləri yayılıb.

Pravda.az xəbər verir ki, onun sənətçiyə xəyanət etdiyi, naməlum xanımla istirahətdə olduğu vurğulanıb.

Görüntülərdən sonra Kibariye mövzu barədə açıqlama verib: “Gözlərimlə görməmişəm, bəlkə də iş yoldaşıdır. Mən günah edə bilmərəm. Öz gözlərimlə görsəm, inanacağam. Şəkillərdəki şəxsin o, olub-olmadığını bilmirəm. Görüntülər çox aydın deyil, bilmirəm. Bütün kişilər arvadlarını aldadırlar. Əlbəttə, bu görüntülər barədə Alidən məlumat alacam. Ali evinə çox bağlıdır. Ancaq öz gözlərimlə görsəm, işlər dəyişər. Orijinal dəlillərə ehtiyacım var. Bu yuvanı 24 il ayaqda saxladım. Bunlara görə ailəmi dağıda bilmərəm”.

 

Qeyd edək ki, Ali Küçükbalçık bundan öncə də dəfələrlə Kirbariyeyə xəyanət etməsi xəbərləri ilə gündəmə gəlib. Müğənni dəfələrlə ərini müdafiə edib, bir günlük müvəqqəti münasibətlərə görə, evliliyini təhlükəyə atmayacağını bildirib.