Kanzas ştatından olan cütlüyün ağıllarına da gəlməzdi ki, etdikləri xeyirxah əmək onları xeyli qazanc gətirəcək.
APress.az UPİ agentliyinə istinadən xəbər verir ki, ştatın Uiçito şəhərinin sakini Tomas Cons sevgilisi ilə birlikdə yerli supermarketə gedib anası üçün ərzaq almaq istəyib.
Kassada isə bir neçə lotereya bileti almaq qərarına gəlib. Onlardan biri də “cütlüy”ə 75 min dollar uduş gətirib. “Əvvəl elə bildim, 75 dollardır. Lakin sıfırları pozan zaman bu rəqəmin çox olduğunu gördüm”, – deyə Consun sevgilisi Farber bildirib. Onların sözlərinə görə, uduş onlara yaxşı əməllərin necə yaxşı nəticə gətirdiyini göstərmiş olub.