“Xəzər İnşaat XXI Əsr’ tikinti şirkəti sakinlərin razılığı olmadan söküntü aparır – VİDEObackend
Cəmiyyət
365

“Xəzər İnşaat XXI Əsr’ tikinti şirkəti sakinlərin razılığı olmadan söküntü aparır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nəsimi rayonu, 2-ci mikrorayon, Rəşid Məmmədov küçəsi 25 ünvanında yerləşən beşmərtəbəli yaşayış binası sökülür.

 

Pravda.az-ın məlumatına görə, sakinlər binada yaşadıqları halda tikinti şirkəti söküntü işlərinə başlayıb. İşlərə blokun üstündəki pəncərələrin sökülüb kənara yığılması ilə start verilib.

 

Həmin binada yaşayan sakinlər deyirlər ki, onların razılığı olmadan ”Xəzər İnşaat XXI Əsr” Mənzil-Tikinti Kooperativi tərəfindən söküntü işləri aparılır. Onlar iddia edirlər ki, tikinti şirkəti binada yaşayan bir qrup şəxslə razılığa gəlsə də, digərləri binanın sökülərək yerində yenisinin tikilməsinə razılıq verməyiblər.

 

Sakinlərin sözlərinə görə, şirkətdən 2018-ci ilin may ayında şifahi olaraq onlara məlumat veriblər ki, həmin bina pilot layihə əsasında söküləcək.

 

Məsələni araşdırmaq üçün sakinlər Fövqəladə Hallar Nazirliyinə, Nəsimi Rayon İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat veriblər. Sakinlərin iddiasına görə, bütün qurumlar binanın söküntüsünə rəsmi qaydada icazə verməyiblər.

 

”Xəzər İnşaat XXI Əsr” Mənzil-Tikinti Kooperativindən məsələyə münasibət öyrənmək istəsək də, şirkətdən heç bir açıqlama verilməyəcəyini bildirdilər.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu ”Xəzər Xəbər”ə bildirdi ki, həmin MTK tərəfindən çoxmərtəbəli yaşayış binalarının tikintisinə dair təqdim edilmiş planlaşdırma sənədi şəhərsalma və tikinti normalarına uyğunluğu yoxlanaraq təsdiq edilib. Qurum rəsmisi onu da bildirdi ki, hazırda tikintiyə icazə icraatı çərçivəsində aidiyyəti dövlət qurumlarının rəyləri toplanır. Yalnız bu rəy alındıqdan sonra ərazidə söküntü və tikinti işləri aparıla bilər.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: