Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
APress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Lökbatan sularda xilasetmə məntəqəsinin ərazisində batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.