Türkiyəli müğənni Doğuşun azərbaycanlı müğənni Türkan Vəlizadə ilə birgə ifa etdiyi “Baka-baka” adlı klipi “YouTube”dan silinib.
APress.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Doğuş “Söz baz” verilişində danışıb: “Klipimizin nədən silindiyini bilmirəm. Kaş ki, bilsəm. Çoxlu “Spam” olunun deyə silinib. Əziyyətimizə heyf”.
Doğuş daha sonra sənət aləmində böyük-kiçiklikdən söz açıb:
“Mənə qarşı heç kim hörmətsizlik edə bilməz. Belə şeylərə icazə vermirəm. Çünki 24 ildir ki, bu sənətdəyəm. Xaraktercə də elə adam deyiləm”.