Müğənni Xuraman Şuşalı əməliyyat etdirmək istəyir.
APress.az xəbər verir ki, ifaçı burun əməliyyatı üçün artıq həkim axtarışındadır. Belə ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib. Xuraman “burun əməliyyatı etdirim sizcə?” sualı ilə izləyicilərinə müraciət edib.
Müğənni qeyd edib ki, burnundan narazı deyil, amma çəkisi artanda burnu da böyüyür:
“Heç vaxt burnumla bağlı kompleksim olmayıb, sadəcə indi yaranıb. Dedilər ki, daha da gözəl ola bilərsən. Bilmirəm yoldan çıxaran şeytandı, yoxsa..”.
X.Şuşalı həmçinin vurğulayıb ki, heç zaman əməliyyat olmayıb: “Nə var, anadangəlmədir. Allah bərəkət versin”.
Sfera.az