Mayın 11-də yerli vaxtla səhər saat 7:45-də Yaponiyanın Fukuşima prefekturasında yerləşən İvake şəhərindəki kimyəvi zavodda partlayış baş verib.
APress.az xəbər verir ki, nəticədə ən azı dörd nəfər xəsarət alıb. Bildirilir ki, partlayışdan sonra müəssisədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər və polis cəlb olunub.
Qeyd edilir ki, “Sakai Chemical Industry” şirkətinə məxsus zavodda kosmetik sənaye üçün sink tozu istehsal olunur.
Publika.az