Türkiyənin Fox TV-nin kanalının reytinqli seriallarından olan “Yasak elma”nın aktrisası Şafak Pekdemirlə bağlı qalmaqallı iddia səsləndirilib.
APress.az Milli.Az-a istinadla bildirir ki, iddialara görə, aktrisa cinsiyyətini dəyişdirərək qadın olub. Onun görünüşü və səsinin qalın çıxması iddiaları gücləndirib.
Ekran işində Zehra obrazını canlandıran Şafak Pakdemir iddiaların əsassız olduğunu söyləyib. O bildirib ki, səsi qalın çıxdığına görə həmişə belə ittihamlara məruz qalıb.
“Uşaqlıqdan səsim belədir, əvvəllər buna görə kefimi pozurdum, indi isə barışmışam və hazırda səsimi çox bəyənirəm”, – aktrisa açıqlayıb.
Qeyd edək ki, Şafak Pekdemir “İncir Reçeli 2” filminin baş roluna çəkilib.