Yasamal rayonunda pandemiya ilə mübarizə intensivləşibbackend
Cəmiyyət
304

Yasamal rayonunda pandemiya ilə mübarizə intensivləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirus pandemiyasının yaratdığı təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlər paytaxtın Yasamal rayonunda fəal şəkildə həyata keçirilir. Yasamal rayon İcra Hakimiyyəti aparatının kollektivi ölkədə davam edən vaksinasiyada mütəşəkkil qaydada iştirak edir. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və aparatın əməkdaşları peyvənd olunublar. Peyvəndləmə iki dozalı olduğu üçün əməkdaşlar bir müddətdən sonra yenidən koronavirus əleyhinə peyvənd olunacaqlar.