Sülh prosesi bitdi.
APress.az axar.az-a istinadən bildirir ki, bunu yəhudi əsilli ABŞ professoru Norman Finkelsteyn İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlamasında deyib.
O, Tramp administrasiyası dövründə önə çıxan sülh prosesinin rəsmi olaraq “öldüyünü” deyib:
“Yeni bir keçid dövründəyik. Və indi fələstinlilər arasında etibarlı bir liderin, eyni zamanda etibarlı bir siyasi partiyanın meydana gəlməsi üçün dua etməliyik. Nəticənin necə olacağını görəcəyik”, – deyə professor bildirib.