Yevlaxda soyğunçuluq hadisəsi olub.
APress.az xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də şəhər ərazisində İ.Hüseynovu döyərək 70 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.
Araşdırma aparılır.