Mayın 30-da Yevlax şəhəri ərazisində naməlum şəxsin 4 yaşlı qıza zor tətbiq edərək qızıl boyunbağısını talaması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
APress.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini H.Əsgərov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.