Türkiyədə vəzifəli şəxsin güllələnmiş meyiti tapılıb.
APress.az pubika.az-a iastinadla xəbər verir ki, Aydın bölgəsinin Kuyucak rayonunun rəhbəri (kaymakamı) olan Yılmaz Kurt ötən gün müəmmalı şəkildə yoxa çıxıb və telefonlarını söndürüb.
Yaxınları ondan xəbər ala bilməmələri ilə bağlı polisə müraciət edib. Az sonra isə Yılmaz Kurt mühafizəçisi və ailə üzvərinə mesaj yazaraq onlarla vidalaşıb və halallıq istəyib.
Bundan sonra İ.Kurtun axtarışları daha da sürətləndirilib və onun avtomobilinin Didim adanan ərazidəki meşəlikdə olması müəyyənləşib. Avtomobiə baxış keçirən polislər İ.Kurtun başından aldığı güllə yarasından öldüyünü müəyyənləşdirib. Bəlli olub ki, atəş İ.Kurta məxsus xidməti tapançadan açılıb. Onun intihar etməsi və ya başqa cinayətin qurbanı olması hələlik dəqiq bilinmir.
1976-cı il təvəllüdü vəzifəli şəxsin ölümü ilə bağı araşdırma aparılır.