Türkiyənin İpsala bölgəsindən Yunanıstana keçmək istəyən 9 nəfər saxlanılıb.
APress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Saxlanılan 9 nəfərdən 8-nin FETÖ üzvü olduğu bildirilib.
Qeyd edək ki, aprelin 20-də də Suriya və Yunanıstana qeyri-qanuni yolla keçməyə çalışan 5 nəfər saxlanılıb. Onlardan 4-ü FETÖ, 1-i isə PKK üzvü olub.