Yunanıstandan TARİXİ ETİRAF: “Ərdoğan bölgədə önəmli liderdir”backend
Dünya
311

Yunanıstandan TARİXİ ETİRAF: “Ərdoğan bölgədə önəmli liderdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias qatıldığı televiziya proqramında Ankara ilə Afina arasındakı münasibətləri qiymətləndirib.

APress.az xəbər verir ki, bu brədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, o, proqramda Rəcəb Tayyib Ərdoğanın Türkiyənin inkişafındakı roluna diqqət çəkib:

“Türkiyənin yürütdüyü siyasətə baxış bucaqları necə olursa-olsun, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə önəmli liderdir. Özü ilə söhbət edərkən, Ərdoğanın həyatına haradan başladığını, ölkəsinin fiziologiyasını necə dəyişdirdiyini, necə güclü bir hala gətiriyini gözlərimizin önündə canlandırmağımız lazımdır. Ərdoğan öz strategiyası və şəxsi dəyərləri ilə hərəkət edən bir liderdir”.

XİN rəhbəri ilki ölkə arasındakı problemləri Türkiyə lideri ilə Yunanıstanın baş nazirinin çözə biləcəyini düşünür:

“Mən hər zaman iki liderin təkbətək və üz-üzə görüşməsinin tərəfdarı oldum. Dolayısıyla problemlərin həlli üçün bir ümid varsa, onun da Miçotakisin Erdoğan ilə görüşməsiylə olacağına inanıram”.