“Yuventus”un heyətinə qatmaq istədiyi üç futbolçunun adı açıqlandıbackend
İdman
300

“Yuventus”un heyətinə qatmaq istədiyi üç futbolçunun adı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Yuventus” klubunun yay transfer dönəmində heyətinə qatmaq istədiyi futbolçuların adına aydınlıq gəlib.

“Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisi “Sassuolo”dan Manuel Lokatelli, “Atalanta”dan Robin Qosens və Fransa “Marsel”indən Arkadiuş Miliklə müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, “Yuventus” A Seriyasında 55 xalla üçüncü sırada qərarlaşıb. Komanda Çempionlar Liqasının 1/8 finalında Portuqaliya “Portu”suna iki görüşün nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb – 1:2. 3:2.