İsveçin dünyaca məşhur pop ulduzu, sənətkar Zara Larsson İsrailin Qüdsdəki fələstinlilərə qarşı hücumuna sosial media hesabında reaksiya verib.
APress.az sia-ya istinadən xəbər verir ki, İsrailin Əl-Əqsa məscidinə etdiyi hücuma qarşı reaksiyalar davam edərkən, Zara Larsson İsrailin Fələstinin mülki vətəndaşlarına qarşı şiddətinə diqqət çəkmək üçün #freepalestine haştagı ilə paylaşım edib.
Sənətçi bildirib ki, mülki insanları öldürməkdən məsul bir dövləti də tutmalıyıq: “Fələstində baş verənlər ayıbdır, cinayətdir. Dünyadakı antisemit şiddətə və təhdidlərə məruz qalanlara qarşı dik durmalıyıq. Fələstində baş verənlər bir ayıb və bir cinayətdir”.