Zelenski Putinə vədini yerinə yetirdibackend
Dünya
269

Zelenski Putinə vədini yerinə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Prezidenti Vladimir Zelenski vədinə əməl edərək, rusiyalı həmkarı Vladimir Putinin ruslarla ukraynalıların vəhdətinə dair məqaləsinə cavabını yayımlayıb.
Sfera.az-ın məlumatına görə, bu barədə Ukrayna liderinin rəsmi Telegram kanalında məlumat verilib.
Zelenski Rusiyanın Vəftiz Gününə həsr olunmuş video təbrik yayımlayıb. O, sözügedən video müraciətdə Kiyev Rusiyasını Ukrayna tarixinin anası, Ukraynanın və Krımın 24 bölgəsini isə onun doğma  övladları və varisləri adlandırıb. Onun fikrincə, bu mövqenin heç bir təsdiqə ehtiyacı yoxdur.
“Bunu tarixi traktatlar, əsərlər, məqalələrlə sübut etməyə ehtiyacımız yoxdur. Çünki bizim dəlillərimiz kağız üzərində deyil, onlar metal və daşlara həkk olunub. Bu dəlillər əfsanə və əsatirlərdə deyil, şəhərlərimizdə və küçələrimizdədir”, – deyə Zelenski qeyd edib.
Xatırladaq ki, iyulun 2-də Kremlin veb saytında Rusiya prezidentinin əsasən  postsovet məkanında Ukrayna milli şüurunun formalaşması məsələlərindən və ərazi problemlərindən danışan “Ruslarla ukraynalıların tarixi birliyi haqqında” başlıqlı məqaləsi dərc edilmişdi. O zaman Zelenski sözügedən məqaləni təqdir edərək, tezliklə ona cavab verəcəyinə söz vermişdi. Həmçinin məqalənin bəzi müddəalarını üz-üzə görüşdə  müzakirə etmək istədiyini də əlavə etmişdi.