Zelenski Ukraynanı oliqarxlarsız qoyacağına SÖZ VERDİbackend
Dünya
340

Zelenski Ukraynanı oliqarxlarsız qoyacağına SÖZ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna prezidenti Vladimir Zelenski ölkəni oliqarxlarsız qoyacağına söz verib.
“Mənim kadensiyama (italyanca – «kadenza» , «sonluq» mənasında işlənir) görə, bütün oliqarxları itirəcəyik. Seçki proqramında buna söz vermişəm və yerinə yetirəcəyəm ”, – deyə o, bildirib.
Sfera.az-ın lenta. ru-ya istinadla məlumatına görə, az əvvəl iş adamı İgor Kolomoyski və keçmiş prezident Petro Poroşenko müvafiq qanun layihəsində nəzərdə tutulan oliqarxlar reyestrinə daxil edilib.
“Qanunda qeyd olunub ki, əgər iş ortağın məmur və ya deputatıdırsa, ölkənin siyasi həyatına

təsir göstərə bilərsən. Kolomoyskinin  bir neçə ortağı isə Radanın rəsmi nümayəndəsidir”,-  deyə ədliyyə naziri Denis Malyuska söyləyib.

Qanun layihəsini parlamentə Zelenski təqdim edib. Sənəd oliqarxların siyasi partiyaları maliyyələşdirməsini və irimiqyaslı özəlləşdirmə obyektlərini satin almasını qadağan edir. Oliqarx kimi tanınma meyarları arasında mediaya əhəmiyyətli təsir və siyasi proseslərdə iştirak  da qeyd olunub.

Xatırladaq ki, may ayında Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov, Ukrayna hakimiyyətinin  ölkədə 13 oliqarx olduğunu müəyyən etdiyini bildirmişdi.