Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısından sonra Türkiyə ilə bağlı açıqlamalar verib.
APress.az xəbər verir ki, Vladimir Zelenski Türkiyəyə, xüsusilə Rəcəb Tayyib Ərdoğana dəstəyinə görə minnətdarlığını bildirib.
Rusiyanın Türkiyəyə uçuşlara tətbiq etdiyi məhdudiyyətlərlə bağlı danışan V. Zelenski Ukrayna vətəndaşlarını Türkiyəyə səfər etməyə çağırıb.
O, Ukrayna ilə Türkiyə arasındakı turist mübadiləsinin artdığını qeyd edib.
“Bildiyiniz kimi, Rusiya hökuməti vətəndaşlarının Türkiyəyə səfərlərini məhdudlaşdırdığını açıqladı. Bu, onların şəxsi işidir. Bizim isə tam əksinə olaraq turizmi inkişaf etdirməyə və Türkiyəni dəstəklədiyimizi göstərməyimizə ehtiyacımız var”, – deyə V. Zelenski diqqətə çatdırıb.
Sfera.az