Əməkdar artist Zöhrə Abdullayevanın səhhətində problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib. Müğənni efirə telefonla bağlanaraq vəziyyətinin yaxşı olmadığını bildirib:
“Oynaqlarımın fəaliyyəti dayanıb. Diz, bilək nahiyələrim işləksiz qalıb, hərəkət edə bilmirəm”.
Əməkdar artist 30 kq çəki atdığını da vurğulayıb.