14 yaşlı qıza ailə yaxınları tərəfindən zorakılıq-DİN-dən AÇIQLAMAbackend
Gündəm
378

14 yaşlı qıza ailə yaxınları tərəfindən zorakılıq-DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün sosial şəbəkələrdə 14 yaşlı qızın ailə yaxınları tərəfindən zorakılığa məruz qalması ilə bağlı paylaşımlar edilib.
Məlumatlarda iddia edilir ki, qızın xalasının əri və xalası oğlu ona qarşı müxtəlif zorakılıq cəhdləri ilə onu narahat edirlər. Bununla bağlı qız anasına məlumat versə də, anası uşağa inanmayıb və qohumlarına şər atdığını deyib.
Eyni zamanda məlumatda o da qeyd olunub ki, qız polisə müraciət etmək istəyib, lakin iddialara görə, anası polisin ona inanmayacağını deyib.
Apress.az xəbər verir ki, Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildirilib ki, 14 yaşlı qızın yaşadığı ünvan dəqiqləşdirilib və o, paytaxtdakı sığınacaqlardan birinə yerləşdirilib:
“Yeniyetmə qız polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Onunla profilaktik söhbətlər aparılıb. Məsələ ilə bağlı araşdırma davam etdirilir”.