81 yaşlı qısqanc kişi arvadını bıçaqladıbackend
Hadisə
357

81 yaşlı qısqanc kişi arvadını bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabirabad rayonunda həyat yoldaşını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Yaqub Eyyubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APress.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası mayın 20-nə təyin olunub.
Qeyd edək ki, qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.
Sfera.az