Azərbaycanda 2 nəfər maşının altında qalıb öldübackend
Hadisə
291

Azərbaycanda 2 nəfər maşının altında qalıb öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 10-da 2 nəfər yol qəzasının qurbanı olub.

APress.az xəbər verir ki, dünən saat 15 radələrində İmişli rayonunun Cəfərli kəndi ərazisində kənd sakini Ş.Əsədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Y.Əliyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

 

Dünən 22 radələrində isə Balakən rayonunun Püştətala kəndi ərazisində kənd sakini S.Alqayev idarə etdiyi “Ford” markalı avtomobillə yolun hərəkət hissəsində at sürən Kortala kənd sakini E.Abdullayevi vurub. Nəticədə E.Abdullayev hadisə yerində ölüb.

Hər iki faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Publika