Sumqayıt şəhərində 26 yaşlı qızı öldürməyə cəhddə təqsirləndirilən Abdul Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
APress.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rahib Salmanovun icraatına verilib.
Məhkəmə hazırlıq iclası aprelin 22-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2020-ci il iyulun 22-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Əsgərov Abdul Rahib oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu – 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızına çoxsaylı bıçaq zərbələri vurub.
Daha sonra Abdul Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. // “Ölkə.Az”