Azərbaycanda ağır qəza – 5 nəfər yaralanıbbackend
Hadisə
538

Azərbaycanda ağır qəza – 5 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənəcədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

“Chevrolet” markalı avtomobillə “VAZ-2106” markalı avotomobil toqquşub. Nəticədə “Chevrolet” markalı avtomobildə olan sərnişinlər xəsarət alıblar.

Həmin şəxslər bunlardır: Həsənova Tinatin İbrahim qızı, Səmədova Humay Teymur qızı (1962), Əliquzuyeva Ulduz Dilən qızı (1982) və avtomobilin sürücüsü Əhməd adlı şəxs.

Qəza zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Qoçuyev Bəhruz Xanoğlan oğlu da müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Gəncə şəhərindəki bir neçə xəstəxanaya yeləşdirilib. Xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır.