Azərbaycanda avtomobil qəzası: Sürücü ağır xəsarət aldıbackend
Hadisə
219

Azərbaycanda avtomobil qəzası: Sürücü ağır xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabirabadda avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Hacıqabul – Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Saatlı rayonunun Qıraqlı kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Aftandil Vəli oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobil yoldan çıxararaq dəmir dirəyə çırpılıb.
Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.