Daxili İşlər Nazirliyi (DİN) Qazaxda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
APress.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin məlumatına görə, martın 20-də saat 18 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində rayon sakinləri Ziyarət Xəlilovun idarə etdiyi “Mercedes” və M. Məmmədovun idarə etdiyi “VAZ-2103” markalı avtomobillər toqquşub.
Nəticədə Z.Xəlilov və sərnişini olan oğlu Elvin hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.
Qazax RPŞ tərəfindən araşdırma aparılır.