Azərbaycanda gənc oğlan gecəyarısı əmisinin 35 yaşlı arvadını… – TƏFƏRRÜATbackend
Hadisə
416

Azərbaycanda gənc oğlan gecəyarısı əmisinin 35 yaşlı arvadını… – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə saat 01 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsində 1986-cı il təvəllüdlü Rasulova Fəxriyyə Feyruz qızının qohumu, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu tərəfindən amansızlıqla öldürülməsinin təfərrüatları məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən 35 yaşlı Fəxriyyə E.Axundovun bir müddət əvvəl vəfat edən əmisinin həyat yoldaşı olub. Belə ki, ilk həyat yoldaşından ayrılan B.Axundov daha sonra Sabirabad rayon sakini olan F.Rəsulova ilə evlənib. Kişinin vəfat etməsindən sonra qadın onun evində yaşamağa davam edib. Ötən gecə saat 01 radələrində baş verən hadisəyə gəlincə, özündən 1 yaş böyük qohumunu öldürən Elvin ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Hadisənin dəqiq səbəbləri aparılacaq istintaq tədbirlərinin yekununda üzə çıxacaq.

Qeyd edək ki, qətli törədən şəxs evli olub. O, müxtəlif vaxtlarda boru xətti və yol tikintisi şirkətlərində çalışıb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.